
EGR-in ləğv edilməsi
EGR nədir?
EGR bizim dildə "işlənmiş qazın təkrar emalı" mənasına gəlir. Quru nəqliyyat vasitələrində elektropnevmatik klapandır. Mühərrikdə yerləşən bu klapan işlənmiş qazın təkrar dövriyyəsi proseslərində aktiv rol oynayır. Çirklənmə, pas və aşınma səbəbiylə zamanla avtomobilin performansını pozan EGR, avtomobilin nasaz olmasına səbəb olur.
EGR klapanı problemi zamanı nələr baş verir?
Problemli EGR klapanı mühərrik gücünün azalması, ani sürətlənmələrdə performansın itirilməsi və yüksək yanacaq sərfiyyatı kimi problemlərə səbəb ola bilər. Bu, həmçinin avtomobil emissiyalarının(tüstülənmənin) artmasına səbəb ola bilər.
Müasir avtomobillərdə ECU (Mühərrikin İdarə Olunması) EGR klapanı ilə bağlı problemləri aşkarlaya və sürücünü xəbərdar etmək üçün idarə panelində xəbərdarlıq göstərə bilər.
Ümumiyyətlə, EGR klapanı problemi zamanı aşağıdakı hallar müşahidə olunur:
- Mühərrik xəta işığı yanır
- Mühərrikdə vurma və uğultu
- Qəfil sürətlənmə problemləri
- Performans itkisi
- Yanacaq sərfiyyatının artması
- Yanacağın və ya kükürdün kəskin qoxusu
EGR-in ləğv edilməsi nədir?
EGR-in ləğvi avtomobillərdə EGR klapan problemi ilə qarşılaşan insanlar üçün tətbiq ediləcək prosedurdur. EGR klapanı çox baha başa gələn hissə olduğu üçün ləğv edilməsi bu gün tez-tez üstünlük təşkil etməyə başlayıb. Bu kontekstdə EGR ləğvi daha sərfəli olduğu üçün ən çox seçilən üsul olaraq görülür. Effektivliyinə görə əksər insanların EGR ləğvi nədir və EGR-ni necə ləğv etmək suallarını araşdırdığı müşahidə olunur.
EGR-in ləğv edliməsinin FAYDALARI
-Mühərrik az qızır
-Avtomobilin çəkiş gücündə artış olur
-Yanacaq sərfiyyatı
-Yağın çirklənməsini azaldır
-Mühərrikdə karbon çöküntüsünü azaldır
-Mühərrikin səsboğucu hissələri iş prosesində təmizlənir.