
Adblue-nun ləğv edilməsi
Adblue nədir?
AdBlue dizel yanacağı ilə işləyən ağır yük maşınlarının, minik avtomobillərinin NOx emissiyasını kimyəvi cəhətdən azaltmaq üçün istifadə edilən xüsusi qeyri-toksik sintetik karbamid məhluludur. AdBlue ekoloji cəhətdən təmiz məhsuldur. Avropada əsas yük maşınlarının,minik avtomobillərin, evakuatorların, avtobusların, traktorların və SCR sistemi EURO 4, EURO 5 və EURO 6 standartlarındakı olan bütün avtomobil istehsalçılarının modellərində istifadə olunur. Dizel və ya digər yanacaq növləri ilə qarışdırılmır. Onun istifadəsi SCR (Selective Catalytic Reduction System) adlı sistemlə həyata keçirilir.
Adblue-nin ləğv edilməsi nədir?
AdBlue və SCR sistemi mürəkkəbdir və nasazlıqlara meyillidir. Elektron azot sensorları, modullar, nasoslar - bütün bu qurğular sıradan çıxa bilər və onların dəyişdirilməsi baha başa gələ bilər. Yüzlərlə kilometr yol qət edən avtomobillərdə də Adblue çənini mütəmadi olaraq doldurmaq lazımdır.
Bütün bunlar sürücülərin qaçmaq istədiyi əlavə xərcləri yaradır. Buna görə də Avro 4, Avro 5 və Avro 6 standartlarında avtobuslarda, yük maşınlarında, inşaat maşınlarında və minik avtomobillərdə istifadə olunan AdBlue sistemlərinin ləğvi daha səmərəli bir yoldur (emulator və ya ecu proqramlaşdırma yolu ilə). İcra ediləcək proses hər markaya görə dəyişir.
AdBlue ləğvi hansı hallarda edilməlidir?
NOX sensorunun nasazlığı, SCR və DPF sistemində nasazlığ ilə qarşılaşdıqda, avtomobillərin at gücü sistematik olaraq azalır və sürət məhdudiyyəti yaranır. Qısamüddətli həlli çətin və baha başa gəlir. Bundan əlavə, bəzi ölkələrdə məcburi olmadığı üçün Adblue mayesinin əldə edilməsində çətinlik yaşanır.
AdBlue ləğvinin üstünlükləri
-Tam avtomobil performansı
-Xəta mesajı olmur
Adblue ləğv edilməsi zərərlidirmi?
Adblue sisteminin ləğvi avtomobilinizə heç bir ziyan vurmur.